Radamel Falkao imi ulduz futbolçusu olmadan Braziliyadakı mundialda çıxış edən Kolumbiya millisi daha bir şok itki ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, yığmanın daha bir forvardı – Karlos Bakka məşqdə zədələnib. Həkim müayinəsindən sonra sağ ayağında zədə aşkarlanan “Sevilya”nın da şərəfini qoruyan Bakkanın qrup oyunlarında Kolumbiyaya kömək edə bilməyəcəyi açıqlanıb.