Belarus paytaxtı Minskdə təlim-məşq toplanışında olan “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ilk oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə,”Minsk-2004″lə qarşılaşan “qırmızı-qaralar” rəqibi 3:0 hesabilə məğlub edib.
“Qəbələ”yə qələbə qazandıran qollara Mehrac Baxşəliyev (2) və Xəyal Səmədov imza atıb. Təmsilçimiz növbəti sınaq oyununu iyunun 19-da keçirəcək. “Qırmızı-qaralar”ın ikinci rəqibi BATE olacaq.