“İnter” hücumçu problemini “Xəzər Lənkəran”ın forvardı Junior Nildo ilə həll etmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasında çıxış edəcək “bankirlər” braziliyalı forvardın alınması üçün qarşı tərəflə danışıqlara başlayıb.
Lakin “ağ-yaşıllar” AZAL-dan alınan forvardı satmaq deyil, icarəyə vermək niyyətindədi. Bank klubu böyük ehtimalla Nildonu 6 aylıq icarəyə götürəcək.