Əsas komandadan ayrılan Hafiz Əliyev və Emin Quliyevin “Xəzər Lənkəran”dakı yeni işləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, uzun müddətdir ki, cənub klubunda fəaliyyət göstərən Əliyev qapıçı məşqçisi postundan göndərildikdən sonra klubun U-19 komandasının baş məşqçisi təyin olunub. Qeyd edək ki, Hafiz Əliyev uzun müddətdir ki, cənub klubunda çalışır. Emin Quliyev isə U19 komandasında Əliyevin köməkçisi kimi çalışacaq. Xatırladaq ki, Emin Quliyev 2005-2009-cu illərdə “Xəzər Lənkəran” komandasının şərəfini qoruyub. İqor Ponomaryovun zamanında klubdan göndərilən Emin, Yunis Hüseynov, Con Toşak və Mustafa Dənizli dönəmində onların köməkçisi kimi çalışıb.
12cioyuncu.info