Yanvar ayında "Olympiakos"dan Londonun "Fulhem" klubuna 12 milyon funt sterlinqə transfer olan yunan hücumçu Kostas Mıtroğlu "Beşiktaş"a keçməyə çox yaxındır.
İdmanxeber.com-un məlumatına görə, "qara qartal"ın baş məşqçisi Slaven Biliçin çox istədiyi hücumçu üçün londonlular "Beşiktaş"dan 8 milyon avro tələb edir..
"Beşiktaş" isə Kostası 1 illik icarəyə götürmək niyyətindədir. 1 illik icarə üçün "Beşiktaş" qarşı tərəfə 1 milyon avro təklif etsə də, London klubu 2 milyon avro istəyib və artıq klubların razılığa gəldiyi də bildirilir.
Hazırda millisi ilə mundialda olan Kostasın İstanbula gəlib müqavilə bağlanması gözlənilir.
Kənan