23 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” Malta çempionunu ÇL-dən uzaqlaşdırsa hansı komanda ilə qarşılaşacaq?

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın ikinci təsnifat mərhələsində Maltanın “Valetta” klubu ilə qarşılaşacağı məlumdu.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu “cırtdan” ölkə təmsilçisini keçəcəyi halda üçüncü təsnifat mərhələsində aşağıdakı rəqiblərin biri ilə qarşılaşacaq.

“Qarabağ”ın potensial rəqibləri.

APOEL (Kipr), Zalsburq (Avstriya), eləcə də Stromsqodset (Norveç) – Styaua (Rumıniya), BATE (Belarus) – Skenderbeu (Albaniya), Sparta (Çexiya) – La Fiorita (San Marino)/Levadiya (Estoniya), Ludoqorets (Bolqarıstan) – Düdelanj (Lüksemburq), Makkabi (Təl-Əviv, İsrail) – Santa-Koloma (Andorra)/Banants (Ermənistan), Şerif (Moldova) – Sutyeska (Monteneqro) cütlərinin qalibləri.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkatması iyulun 18-də Nyonda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43