23 Dekabr 2024
Ölkə futbolu

Püşk “İnter”in planlarını dəyişdi: Lutzmannsburq-Tiraspol-Bakı

“İnter”in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-a klubun məıtbuat xidmətindən verilən məlumata görə, iyunun 27-dək baş tutmalı olan hazırlıq dünənki püşkatmadan sonra daha 3 gün uzadılıb. Buna səbəb Avroliqadakı püşkün nəticəsinə görə, ilk oyunun səfərdə olmasıdı. Məhz bu səbəbdən Bank klubu iylun 1-də Avstriyadna Moldovaya gedəcək. Vətənə bir də matç bitən kimi qayıdacaq “bankirlər” cavab qarşılaşmasının hazırlıqlarına start verəcəklər.

Qeyd edək ki, “Tiraspol” – “İnter” matçı “Şerif” klubunun “Maloy Arena” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43