Hazırda Braziliyada davam edən dünya çempionatında növbəti rekord qeydə alınıb.
İdmanxeber.com-un məlumatına görə, Kolumbiya millisinin qapıçısı Ali Fərid Mondraqon Yaponiya ilə matçın 85-cü dəqiqəsində meydana çıxaraq dünya çempionatlarının final mərhələsində forma geyinən ən yaşlı futbolçu adını qazanııb.
Qeyd edək ki, 43 yaşlı Mondraqon kamerunlu futbolçu Rocer Millanın rekordunu qırıb. Afrikalı futbolçu ABŞ-da keçirilən dünya çempionatında Rusiyaya qarşı oyuna çıxanda 42 yaş 1 ay 8 günlük olub. Lakin Mondraqon bu mundialda meydana çıxmaqla 11 ay Millandan böyük olub.