Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"in Moldova "Tiraspol"lu ilə ilk matçını iyulun 3-də, səfərdə keçirəcəyi haqda sizə xəbər vermişdik.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bundna bir həftə sonra iyulun 10-da baş tutacaq cavab qarşılaşması üçün 3 min biletin satışa çıxarılması gözlənilir. Məhz bu sayda bilet çapa verilib. Cavab matçında biletlərin qiymətinə gəldikdə isə, bu yerlərə uyğun dəyişəcək. Ümumilikdə isə biletlərin qiyməti 1 və 2 manat olacaq.