Türkiyənin “Fotomaç” qəzetinin yazarı Hakan Coşqun bundan sonra “Neftçi”nin mətbuat xidmətində işləyəcək.
İdmanxeber.com-un məlumatına görə, türkiyəli jurnalist “facebook”da bununla bağlı paylaşım edib.
Məsələni tam dəqiqləşdirmək üçün Hakanla əlaqə saxladıq. “Fotomaç”ın yazarı idmanxeber.com-a açıqlamasında bunları dedi:
“Türkiyə və Azərbaycan futbolunun təbliği zəifdi. Buna görə də “Neftçi”yə bu yöndə kömək etmək istədim. Özüm bu kluba müraciət etdim. “Neftçi”ylə bağlı xəbərləri Türkiyə mediasında yayımlayaraq, komandanın təbliği ilə məşğul olacam. Həm UEFA da, həm Türkiyədə “Neftçi”ni başqa formada desək reklam edəcəm”.