Dünya çempionatının qrup mərhələsində bugun son matçına çıxacaq Qana millisi Portuqaliya ilə oyunda iki aparıcı üzvü Kevin Prins Boatenq və Sali Muntarinin xidmətindən məhrum olacaq.
İdmanxeber.com-un məlumatına görə, adıçəkilən futbolçular nizam-intizamı pozduqlarına görə komandadan qovulublar.
Muntari komandanın nümayəndələrindən birinə şillə vurub. Boatenq isə baş məşqçi Kvesi Appiahla mübahisə edib. Nəticədə Boatenq bir daha milli forması geyinməyəcyini bildirib.