29 Sentyabr 2024
Kateqoriyasız

Almaniyda çıxış edən millimizin üzvü Rüfət Dadaşov hansı klubumuza keçir?

“Kayzerslautern ll” klubunda çıxış edən milli komandamızın hücumçusu Rüfət Dadaşov kayreasını ölkəmizdə davam etdirə bilər.

İdmanxeber.com stadium.az-a istinadən xəbər verir ki, Dadaşov açıqlamasında bunları deyib: “Azərbaycandan mənə təklif var. Bu barədə menecerimlə danışıblar. Mən menecerimə inanıram və danışıqları o aparır. Yəqin ki, yaxın günlərdə Bakıya gələcəyik. Əgər şərtlər məni qane etsə, orada oynaya bilərik. Baxmayaraq ki, valideyinlərim mənim Almaniyada qalmağımı istəyirlər. Ancaq mən peşəkar futbolçuyam. Daha yaxşı şərtlər qarşılığında təklif varsa, bunu dəyərləndirməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43