29 Sentyabr 2024
Ölkə futbolu

Yayın qaynar transfer xəbəri “Xəzər Lənkəran”dan: Ulduz futbolçu Lənkərana gəlir?

Məşhur türkiyəli futbolçu Necati Ateş “Xəzər Lənkəran”da çıxış edə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

“Əskişəhərspor”la müqaviləsinə qarşılıqlı şəkildə xitam verən Necati Ateş Cənub klubunun baş məşqçisi Oğuz Çətinin son anda planlarına daxil olub. İddia olunur ki, gözlənilməz şəkildə Əskişəhər klubundan ayrılan Türkiyə millisinin və “Qalatasaray”ın sabiq üzvü seçimini “Xəzər Lənkləran” üzərində etsin. Lakin Necatini heyətində görmək üçün bir neçə Superliqa və PTT birinci liqa komandaları da var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43