İngiltərənin “Mançester Yunayted2 klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar” “Atletik”dən (Bilbao) Ander Herreranı heyətinə qatandan sonra ötən mövsüm “Sauthempton”da oynayan Lyuk Şou ilə münasibətlərini rəsmiləşdirib.
Mançester klubu 4 illik müqavilə bağladığı 18 yaşlı futbolçu üçün qarşı tərəfə 38 milyon avro (30 milyon funt-sterlinq) ödəyiblər.
Bununla da, Şou klub tarixinin ən bahalı gənc futbolçusu olub.
Xatırladaq ki, bundan əvvəl “qırmızı şeytanlar” Runini 18 yaşında transfer edən vaxt 30 milyon avro təzminat ödəmişdi.