“Barselona” “Valensia”nın futbolçusu Jeremi Matye ilə müqavilənin şəxsi məsələlərində ortaq məxrəcə gəlib.
İdmanxeber.com-un məlumatına görə, “yaraslar”ın müdafiəçisinin katalon klubu arasındakı razılıq həftələr öncə əldə olunub. Hazırda futbolçu transferin rəsmiləşməsini gözləyir.
Lakin komandası fransız futbolçunu buraxmaq istəmir. “Valensiya” “Barsa”dan Matyenin müqaviləsindəki sərbəst qalma dəyəri olan 20 milyon avronu tələb edir.