FİFA Uruqvay millisinin futbolçusu Luis Suarezə verdiyi ağır qərardan sonra hücumçunun ata tərəfdən nənəsi nəvəsinə verilən ağır cəzadan sonra fikirlərini bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, Nəvəsinin həmişə çox yaxşı, lakin bir az davaçı uşaq olduğunu bildirən Piris bunları dilə gətirib:
“Mənim nəvəmə nə oldu bilmirəm. Niyə hər şey yolunda gedərkən və xoşbəxt olmaq üçün hər şeyi əldə etdiyi bir zamanda belə bir xoşgəlməz hərəkətə əl atdı? Bəlkə də ata və anasının kiçik yaşlarda ayrılığı onda dərin izlər buraxıb”.