26 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” rəhbərliyinin “səbr kasası” daşır: “Hər ikisinə son dəfə xəbərdarlıq etdik” – ÖZƏL

Embilla Etame və Sadio Tounkaranın “Xəzər Lənkəran”ın Ərzurum toplanışına hələ də qatılmaması haqda sizə məlumat vermişdik.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında hər iki legionerə son dəfə xəbərdarlıq edildiyini bildirib:

“Həm Embilla, həm də Tounkara  hələ ki, məşqlərə qatılmayıblar. Gecikirlər toplanışa. Onlara son xəbərdarlıq edilib. Əks təqdirdə klub ciddi ölçü götürəcək”.

Qeyd edək ki, hələ də “Xəzər Lənkəran”la müqaviləsi davam edən bu futbolçuların hansı səbəbdən hazırlığa gec qoşulmaları məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43