UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də Qəbələ şəhərində keçiriləcək "Qəbələ" – "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu idarə edəcək hakimlər müəyyənləşib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı görə, görüş qazaxıstanlı hakim Arton Kuçinə həvalə olunub.
Ona Yengeni Belski və Rustam Suyunov kömək edəcək. Dördüncü hakim isə Denis İzmayılov olacaq.