Avropa Liqasında çıxış edəcək “Qəbələ”nin üç futbolçusu Ruslan Abışov, Nizami Hacıyev və Ürfan Abbasov əyləncələrindən geri qalmırlar.
İdmanxeber.com-un məlumatına görə, iyulun 3-də Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubu ilə öz meydanında üz-üzə gələcək əyalət komandasının futbolçuları Qəbələdə balıq ovuna gediblər.