Dünya Çempionatının 1/8 final mərhələsində Fransaya məğluyb olaraq, mundialda iştirakını dayandıran Nigeriya millisinin kapitanı Yozef Yobo millidəki karyerasına son qoyduğunu açıqladı.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra açıqlama verən müdafiəçi “Mənim üçün çox çətindir. Ancaq ailəmlə birgə vaxt keçirtmək istəyirəm. Qərarı verməkdə çətinlik çəkdim. Açığı Braziliyaya dəvət ediləcəyiumiz gözləmirdim. Mövsümün son 6 oyununu zədə səbəbindən qaçırtmışdım. Bu oyunda avtoqolla yadda qaldım. Mənim adma yaxşı sonluq olmadı”.