22 Oktyabr 2024
Kateqoriyasız

“Qol vəziyyətlərinə görə biz “İnter”dən daha yaxşı idik”

“Belə başlanğıcı gözləmirdik. İlk qolu penaltidən buraxdıq, ikincini əks-hücumda. Fikrimcə, oyunumuzda diqqətsizlik vardı. Məhz buna görə iki qol buraxdıq.

Evdə oynadığımızı, azarkeşlərimiz qarşısında uduzduğumuzu başa düşməyimiz. Təəssüf ki, oyunun əvvəlində konsentrasiyanı itirdik. Buna baxmayaraq, qol vurmaq üçün çox şansımız oldu. Mənə elə gəlir ki, qol vəziyyətlərinə görə biz “İnter”dən daha yaxşı idik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Moldovanın “Tiraspol” klubunun hücumçusu Georgi Boqyu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirdikləri ilk oyundan sonra deyib.

Futbolçu daha sonra Azərbaycanda baş tutacaq cavab matçı haqda da danışıb:

“Oyunu analiz edəcəyik. Cavab oyununda tamamilə fərqli futbol sərgiləməliyik. Azərbaycanda qol vurmalıyıq ki, növbəti mərhələyə adlayaq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43