22 Oktyabr 2024
Ölkə futbolu

Biabırçı statistika: “Qəbələ” bu futbolla heç nə edə bilməyəcək! – FOTO

Taixində ilk dəfə Avroliqada mübarizə aparan “Qəbələ” debütünü məğlubiyyət ilə başladı.

İdmanxeber.com-un məlumatına görə, Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” komandası ilə matçda göstərilən azicanə oyun və nəticədə alınan 0:2 hesablı yenilgi nəticəsində əyalət klubu turnirlə erkən vidalaşacağına siqnal verdi.

Matçın statistikası isə göz oxşayır. “Qəbələ” futbolçuları 90 dəqiqə ərzində bir dəfə də olsun hədəfə düşə bilmədilər. Qapı çərçivəsinə bir dəqiq zərbə belə vura bilməyən komandadan niyə qələbə gözləyək ki?

Matçın statistikasına nəzər yetirdik də, bosniyalılar 4 dəfə qapı çərçivəsinə dəqiq zərbə vurdular ki, bunun da ikisi qol oldu.

Statistika UEFA-nın rəsmi saytından götürülüb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43