“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin səhhəti qəflətən pisləşib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Dünən fitnes zalında özünü pis hiss etdiyini bildirən çalışdırıcını tez bir zamanda xəstəxanaya yerləşdiriblər.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu artıq hər şeryin qaydasında olduğunu bildirib:
“Dünən fitnes salonda komanda məşq keçən zaman mədəsində ağrı olduğunu dedi.Sonra ağrı gücləndiyindən xəstəxanaya apardıq. Mədə spazmi diaqnozu ilə ilk yardım göstərildi. Hazırda dinlənir. Aaxşam məşqində komandanın yanında olacaq”.