“Rauf Əliyev və Əfran İsmaylovla danışıqlarımız yaxın iki gündə öz həllini tapmasa “Bakı” hər iki futbolçu ilə vidalaşacaq”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.
“Zolaqlılar”ın rəsmisi hər iki futbolçunun böyük ehtimalla komandadan ayrılacağını da bildirib:
“Hər iki futbolçunun transfer vərəqəsini verib, yola salacağıq. Onlarla münasibətlərimiz yaxşıdı”.