Kolumbiyanı 1/4 final mərhələsində məğlub edərək, Almaniyaya rəqib olan Braziliya millisi şok itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “sambaçılar”ın aparıcı futbolçusu Neymar DÇ-2014-ün 1/4 finalında dünən gecə baş tutan Kolumbiya ilə matçın 87-ci dəqiqəsində rəqib futbolçunun kobud oyunundan sonra belindən problem yaşayıb və bundan sonra meydanı xərəklə tərk edib.
Neymarın zədəsinin ciddi olduğu və onun Almaniya ilə oyunda meydana çıxmayacağı bildirilir.