Türkiyənin Ərzurum bölgəsində təlim-mə.q toplanışında olan Cənub təmsilçisi bu dəfə syerra-leoneli Sankoya elçi düşüb.
Idmanxeber.com-un məlumatına görə, "ağ-yaşıllar" Türkiyənin "Şanlıurfaspor" klubunda forma geyən müdafiəçi üçün "ağ-yaşıllar" artıq rəsmi təklif göndərib.
Qeyd edək ki, Sanko 2012-ci ildən "Şanlıurfaspor"un (39 oyun, 3 qol) şərəfini qoruyur. 2010-cu ildən Syerra Leone millisinə dəvət alır və 3 oyuna çıxıb. Onun "Xəzər Lənkəran"la 1+1 şəkildə müqavilə imzalayacağı gözlənilir.