Sloveniyada təlim-məşq toplanışında olan “Simurq” klubu bu gün ilk yoxlama oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubunun ilk sınaqçı rəqibi Sloveniyanın birinci liqasında mübarizə aparan “Alumıniy” olub.
Qarşılaşma Bakı vaxtı ilə aat 22:00-da başlayıb və komandamız minimal hesabla rəqibini məğlub edib – 1:0.
Qeyd edək ki, “Simurq” hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.
6 iyul
Yoxlama oyunu
20:00. "Simurq" – "Alumıniy" 1:0