22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” fitnesklubda start götürdü

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 4-də  “Viktoriya” (Plzen) ilə qarşılaşan Qurban Qurbanovun komandası  dünən axşam bir məşqlə kifayətlənib. Bu gün səhər saatlarında komanda fitneskluba yollanaraq  məşq prosesinə start verib.

“Qarabağ”ın axşam məşqi yerli vaxtla 18:00-da baş tutacaq.

Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununa çıxan Ağdam təmsilçisi sonuncu hazırlıq matçına iyulun 8-də yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə saat 21:00)çıxacaq. Rəqib Almaniyanın aşağı liqa təmsilçisi “Zonnenhof Qrossaşpax” klubudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43