22 Oktyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” daha bir oyunçunun keçidi həll etdi, 4 futbolçu isə “naz” edir

Artıq Sloveniyada təlim-məşq toplantısını davam etdirən “Xəzər Lənkəran”ın afrikalılarından xəbər yoxdu.

İdmanxeber.com-a klubdan verilən məlumatına görə, Cənub komandasının iki üzvü – Mbilla və Tounkara hələ də zənglərə cavab vermirlər. 

Hazırlığın ikinci mərhələsini Toplitse şəhəri yaxınlığında keçirən “ağ-yaşıllar”ın düşərgsinə qoşulan Alfred Sanko isə artıq kollektiovlə birgə məşqlər edir. Artıq syerre-leoneli yarımmüdafiəçini “Xəzər Lənkəran”dan sadəcə imza ayırır. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Klubdan saytımıza verilən digər məlumata görrə isə Əfran İsmaylov və Rauf Əliyev məsələsində hər hansı bir irəliləyiş yoxdu. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43