22 Oktyabr 2024
Kateqoriyasız

BİTDİ: Rauf Əliyev rəsmən “Bakı”dan ayrıldı, “Xəzər Lənkəran” üçün fürsət

Rauf Əliyev artıq “Bakı”nın futbolçusu deyil.

İdmanxeber.com-un məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Rauf klubun ona olan borcundan imtina edib. “Bakı” rəhbərliyi isə millimizin forvardına azad agent statusu verib.

Qeyd edək ki, Rauf Əliyevin “Xəzər Lənkəran”a keçəcəyi gözlənilir. Çünki Cənub komandası Əliyevi yalnız “Bakı”dan ayrıldıqdan sonra transfer edə biləcəyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43