Daha bir azərbaycanlı futbolçu Türkiyə ikinci liqasında çıxış edəcək.
İdmanxeber.com-un məlumatına görə, U-21 millimizin üzvü Rəhman Hacıyev yeni mövsümdən etibarən birinci divizion təmsilçisi “Qaziantep Büyükşehir Belediyespor”da çıxış edəcək. Vaqif Cavadovu da heyətinə qatan “Qaziantep Büyükşehir Belediyespor” Hacıyevlə bir illik müqavilə imzalayıb.
Məlumatı klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz də təsdiqləyib.
Qeyd edək ki, müqavilə ilə “Bakı”ya məxsus olan Hacıyev ötən mövsüm “Sumqayıt”da icarə əsasında oynayıb.