23 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın İbrahim Toramanla bağlı mövqeyi

Hər transfer dönəmində adı “Xəzər Lənkəran”la hallanan “Beşiktaş”lı İbrahim Toramanın Cənub komandasına mümkün keçidi ilə bağlı klubdan rəsmi mövqe gəlib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” Türkiyə millisinin sabiq futbolçusu ilə maraqlanmadığını və belə bir transferin onların planında olmadığını açıqlayıblar.

Qeyd edək ki, Türkiyə mətbuatı qışda olduğu kimi yay transfer pəmcərəsində də Toramanın Lənkəran klubuna keçəcəyini yazıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43