23 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin son rəqibi Çexiya klubudu

Avstriyada təlim-məşq toplantısında olan "Neftçi"nin yoxlama görüşlərindəki son rəqibinin adına da aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan kubokunun son qalibi Çexiyanın "Prşimbram" komandasıyla qarşılaşacaq.

"Neftçi"nin çexlərlə oyunu iyulun 9-da baş tutacaq.

Qeyd edək ki, "Neftçi" Avstriyadakı son sınaq matçında Almaniyanın "Dinamo" (Drezden) klubuna məğlub olub – 1:2.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43