23 Dekabr 2024
Ölkə futbolu

Rauf Əliyev və Əfran İsmayılov “Xəzər Lənkəran”ın düşərgəsinə yollandı, klubdan rəsmi açıqlama gəldi

“Bakı”dan azad agent kimi ayrılan Rauf Əlyev və Əfran İsmayılov “Xəzər Lənkəran”ın düşərgəsinə yollanıb.

İdmanxeber.com-un məlumata görə, millimizin sabiq futbolçuları bu gün Cənub klubunun düşərgəsinə qoşularaq, təlim-məşq toplantısında iştirak edəcəklər. Hər iki futbolçunun düşərgəyə yollanması onların müqavilə imzalaycağını qətiləşdirmir. Məsələ burasındadır ki, bu futbolçular son danışıq üçün Sloveniyaya üz tutublar. Komandanın məşqində iştirak edəcək futbolçular, bir yandan da məsələyə son nöqtəni qoymağa çalışacaqlar.

Lakin klubun mətbuat xidmətindən saytımıza bildiriblər ki, hələ ki, sözügedən futbolçular düşərgəyə gəlməyiblər və bu üzdən rəsmi olaraq bir şey yoxdu.

Hər iki futbolçunun məsələsi qeyri-müəyyən olaraq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43