Münhenin “Bavariya” klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, Almaniya nəhəngi “Valensiya”nın yarımmüdafiəçisi Xuan Bernatı transfer edib.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, Bernat Münhen klubu ilə 5 illik sözləşməyə imza atıb. Yarımmüdafiəçi iyulun 10-dan etibarən yeni komandası ilə məşqlərə başlayacaq.
“Yarasalar”dan alınan futbollçunun transfer dəyəri 10 milyon avrodu. Bernat yeni klubunda “18″ nömrəli forma ilə çıxış edəcək