Bildiyiniz kimi DÇ-2022 Qətərdə keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, İraq və Şam İslam Dövləti qruplaşması buna etirazını sərt şəkildə bildirib və FİFA-ya təhdidedici mesaj göndərib:
“İslam Xilafəti qurulub. Dünya Kubokunun təşkil ediləcəyi Qətər deyə bir ölkə yoxdu. Qətər artıq İslam Xilafətinin bir hissəsidir. Orada müsəlmanların xəlifəsi və əmiri Əbu Bəkir Bağdadinin sözü keçər. Xəlifə boş oyun və əyləncələrin təşkilinə əsla icazə verməz.
Buna görə, FIFA-ya başqa alternativ axtarışını tövsiyə edirik. İŞİD əlində “Skad” raketlərini saxlamaqdadı və bunlar rahatlıqla Qətərə çata bilər. ABŞ-da bunu bilir”.