26 Dekabr 2024
Ölkə futbolu

“Bunu bilə-bilə ancaq və ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq”

"Hələ mərhələni keçdik demək olmaz. Hesabın 3:2 olması məsələnin həll olunmadığını göstərir. Qarşıda bizi çətin 90 dəqiqə gözləyir. Birinci oyundan sonra rəqibi tam təhlil edib, hər nöqtəsinə bələd olduq. İlk matçda buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "İnter"in futbolçusu Coşqun Diniyev deyib.

Bank klubunun gənc üzvü Avroliqanın birinci təsnifat mərhələsinin cavab görüşündə də Moldova "Tiraspol"unu öz meydanlarında da yenmək istədiklərini bildirib:

"Bilirk ki, heç-heçə də sərf edir. Bunu bilə-bilə ancaq və ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. Çünki doğma meydanımızda bu ilin ilk oyunu olacaq. Ona görə də yaxşı nəticə qazanaraq, baxımlı oyun sərgiləmək istəyirik".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43