10 Yanvar 2025
Kateqoriyasız

“Koper”in baş məşqçisi: “Hər şey ilk oyundan ibarət olmayacaq”

"Hər şey ilk oyundan ibarət olmayacaq. İki matçdan sonra kimin güclü olduğu bəlli olacaq. Bizim heyətimizdə kifayət qədər güclü futbolçular var və inanıram ki, onlar "Neftçi"yə qarşı daha yaxşı oynayacaqlar".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Koper"in baş məşqçisi Rodolfo Vanoli deyib.

Sabah Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"ylə qarşılaşacq sloveniyalıların çalışdırıcısı "ağ-qaralar"ın heyətində hər hansı bir futbolçudan qorxmadıqlarını bildirib:

"Bizim üçün hansısa futbolçunun necə oynamasının əhəmiyyəti yoxdu. İnanıram ki, sabah komandam çıxıb meydana, ən yaxşı oyunlarından birini oynayacaq. Biz öz komandamız haqda düşünürük. Çalışırıq rəqib haqda çox düşünməyək".

Təcrübəli mütəxəssis "Çelik"ə qarşı keçirdikləri və UEFA-nın şübhəli bildiyi matçla bağlı da danışıb:

"Biz öz oyunumuza fikir veririk. Həmin oyunda qapıçının topa tullanmasını biz televizordan izləmişik. O epizodu biz də ilk dəfəsində yaxşı görməmişdik. Mən nə deyə bilərəm…? Biz oyunumuzu oynadıq və qalib gəldik".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43