12 Yanvar 2025
Kateqoriyasız

Elxan Məmmədov açıqladı: “Bakı” ilə bağlı məsələ həllini tapır”

“Bakı”nın borcları AFFA tərəfindən ödənildi, indi isə kluba sponsor axtarılır.

İdmanxeber.com-un məlumatına görə, bu gün jurnalistlərlə görüşən AFFA-nın baş katibi Elxan Məmmədov “Bakı” klubu haqda bu sözləri deyib:

“Bakı” sabah keçiriləcək ölkə çempionatının püşkatmasında iştirak edəcək. Artıq AFFA 2 futbolçuyla bağlı olan borcu FİFA-ya ödəyib. Biz bu pulu “Bakı”nın ödəyəcəyini gözləyirdik. Lakin onlar bunu etmədilər. Biz sona ana kimi gözlədik. “Bakı” həmin pulu ödəmədiyi üçün biz bunu etdik.

Tomovskiyə görə 78 min 499, Leviqaya görə 56 min 299 dollar ödənildi. Əgər biz bu pulu ödəməsəydik, o zaman “Bakı”nın altı xalı silinəcəkdi. Üstəlik komanda birinci diviziona da göndərilə bilərdi. Bu isə Azərbaycan futbolu adına yaxşı hal deyil. Bir var klub özü yüksək liqadan imtina edib, I diviziona çıxış edə, bir də var ki FİFA həmin klubu I diviziona göndərsin. Bunlar tam fərqli məqamlardır.

Hazırda iki şirkət “Bakı”ya sponsorluq etmək istəyir. İki şirkət olduğu üçün ad açıqlamaq istəmirəm. Onlar bu işdə maraqlıdırlar. Əgər vəziyyət düzəlməsə həmin şirkətlərdən biri yəqin ki “Bakı”ya sponsorluq edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43