"Qapıçı axtarışları davam edir. Siyahıda bir neçə qolkiper var, ancaq konkret olaraq rəsmiləşməyə doğru gedəni yoxdu. Həm yerli, həm də xarici ölkədən olan qapıçılarla danışıqlar aparırıq".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub komandasının rəsmisi Tounkara ilə bağlı FIFA-ya etdikləri şikayət haqda da danışıb:
"Tounkaranın məsələsi FIFA müstəvisində həll olunacaq. Bu məsələ uzun da çəkə bilər, qısa da".