Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatatına görə, bu turnirdə ölkəmizi təmsil edən “İnter” və “Neftçi”nin bu mərhələdəki potensial rəqibləri müəyyənləşib.
“İnter” “Neman” (Belarus) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Neftçi”nin 5 potensial rəqibi: “Hayduk” (Xorvatiya) – “Dundalk” (İrlandiya) cütünün qalibi, ÇFR (Rumıniya) – “Yaqodina” (Serbiya) cütünün qalibi, “Rio Ave” (Portuqaliya), “Bursaspor” (Türkiyə) – “Çixura” (Gürcüstan) cütünün qalibi, “Brügge” (Belçika)
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 31 iyul və 7 avqust tarixlərində keçiriləcək.
“İnter” (Azəraycan) / “Elfsborq” (İsveç) – “Neman” (Belarus) / “Hafnarfyordur” (İslandiya)