Türkiyədə təlim-məşq toplanışında olan AZAL ilk yoxlama oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Tərlan Əhmədovun komandası İranın U-21 millisi ilə qarşılaşıb və rəqibini məğlub edə bilməyib – 2:2.
“Təyyarəçilər”in qollarını baxışda olan Cimmi Duqlas və kapitan Rəşad Abdullayev vurub.
Qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək. Rəqib Türkiyə superliqasının təmsilçisi “Mersin İdman Yurdu” olacaq.