Avropa Liqasında "Neftçi"nin Sloveniya "Koper"inə yenilgisi "ağ-qaralar"ın sabiq futbolçularını yaman əsəbləşdirib.
İdmanxeber.com-un məlumatına görə, "Koper" yenilgisinin ardından istefa verən klubun vitse-prezidenti Tahir Süleymanovu bu dəfə Türkiyə "Karşıyaka"sı ilə müqavilə bağlayan Mahir Şükürov və "Qarabağ"a keçən Tərlan Quliyev lağa qoyub.
Hər iki futbolçu sosial şəbəkədə yazdıqları statuslarla Süleymanovı rüsvay ediblər.
Mahir Şükürov hər dəfə istefa verib, daha sonra geri dönən Süleymanovla bağlı bunları deyib:
"Tahir istefa verir, səhər də gəlir bazada tennis oynayır”.
Məsələylə bağlı Tərlan Quliyev öz fikirlərini bu formada bildirib:
"Tennis yox e qaqaş, domino”.
Paytaxt klubunun sabiq kapitanı daha sonra Tahir Süleymanovu pul yeməkdə günahlandırıb: “Bizdən qıra bilmirlər, legionerləri gətirib, təzə komanda qurub, bu işi rahat edirlər”.
Qeyd edək ki, futbolçuların həmin yazışmalarda qeyri-etik ifadələr işləndiyi üçün onları olduğu kimi təqdim edə bilmirik.