Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, daha öncə Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqaviləyə bağlayan, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürən komanda 7-ci transferini gerçəkləşdirib. Honduraslı yarımmüdafiəçi Luis Ramos bundan sonra “təyyarəçilər”in şərəfini qoruyacaq.
Tam adı Luis Arkanxel Ramos Kolon olan xavbek münasibətləri rəsmiləşdirdikdən sonra klubun rəsmi saytına danışıb: “Hər iki tərəf üçün uğurlu olacağəna inanıram. Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisindən dəvət almaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəm ki, komandamız çempionatda yğurlu çıxış etsin”.