12 Yanvar 2025
Kateqoriyasız

“Koper”in futbolçusu: “Bu hələ ilk hissədir”

Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi”yə rəqib olan “Koper”in yarımmüdafiəçisi Domen Çrniqoy ölkəsində  mətbuatın suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu “Neftçi” üzərindəki qələbədən (2:1) sonra oyun haqda bu sözləri deyib:

“İlk oyunda qələbə qazandığımız üçün çox şadıq. Özümüzlə fəxr edirik. Bakıda qələbəni layiqli oyunla qazandıq. Bu hələ ilk hissədir. İkinci hissə Sloveniyada olacaq. Cavab matçında üçüncü mərhələyə vəsiqəni rəsmiləşdirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43