Sloveniyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” iki futbolçusu Əfran İsmayılov və Embilla Etamesiz hazırlığını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, Əfranın gecikməsinə səbəb xarici pasportunun müddətinin bitməsi olub. Hazırda futbolçunun viza problemi yoluna qoyulur.
Embilla Etame isə bu gün saat 22:50-də Zaqreb hava limanına enəcək və ordan da düşərgəyə gələcək.