Səkkiz ildir “Mançester Yunayted”in şərəfini qoruyan Patris Evraya “Yuventus” klubu elçi düşüb.
İdmanxeber.com-un məlumatına görə, fransız müdafiəçi üçün “Yuventus” “qırmızı şeytanlar”a 1.5 milyon avro təzminat ödəyib və futbolçunu iki illik rənglərinə bağlayıb.
Qeyd edək ki, bu barədə məlumatı Turin klubunun rəsmi saytı yayıb.