Peşəkar Futbol Liqasının rəsmi saytı erməni hakkerlərinin hücumuna məruz qalıb.
İdmanxeber.com-un məlumatına görə, bir neçə dəqiqə bundan öncə PFL-in rəsmi saytına "Armenian Army" başlıqlı yazı yerləşdirilib. Yazıda Azərbaycan Silahlı qüvvələrinə mesaj göndərilərək, təhqiredici ifadələr işlədilib.
Sayta ermənistanın milli ordusunun fotosunu, Kəlbəcərdə tutulmuş azərbaycanlının videosunu və Azərbaycan ordusunu hədələyən mətn yerləşdiriblər.
Yazıda qeyri-etik ifadələr işlədildiyi üçün onun tərcüməsini sizə təqdim etmirik. Lakin sonuncu cümləni nəzərnizə çatdırırıq:
"Bizə hücüm etməmişdən öncə 10 dəfə fikirləşin…"