Dünən keçirilən son oyunlardan sonra Çempionlar Liqasının II təsnifat mərhələsinə son qoyulub.
İdmanxeber.com-un məlumatına görə, 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək ÇL-in III təsnifat mərhələsinin cütlükləri bunlardır:
“Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya)
“Debretsen” (Macarıstan) – BATE (Belarus)
“Slovan” (Slovakiya) – “Şerif” (Moldova)
“Olborq” (Danimarka) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Legiya” (Polşa) – “Seltik” (Şotlandiya)
“Aktobe” (Qazaxıstan) – “Styaua” (Rumıniya)
“Maribor” (Sloveniya) – “Makkabi” (Təl-Əviv, İsrail)
HİK (Finlandiya) – APOEL (Kipr)
“Sparta” (Çexiya) – “Malmö” (İsveç)
“Ludoqorets” (Bolqarıstan) – “Partizan” (Serbiya)
AEL (Kipr) – “Zenit” (Rusiya)
“Dnepr” (Ukrayna) – “Kopenhagen” (Danimarka)
“Feyenoord” (Hollandiya) – “Beşiktaş” (Türkiyə)
“Qrasshoppers” (İsveçrə) – “Lill” (Fransa)
“Standard” (Belçika) – “Panatinaikos” (Yunanıstan)