10 Yanvar 2025
Ölkə futbolu

“Neftçi”nin gürcü rəqibini yaxından tanıyaq: Bu il debüt edib, cəmi iki legioneri var

“Neftçi” “Koper” səddini keçərək Avroliqanın üçüncü təsnifat mərhələsində Gürcüstanın “Çixura” klubuna rəqib olub.

İdmanxeber.com “Bursasspor” imi Türkiyə nəhəngini devirən “Çixura” ilə bağlı bəzi məlumatları nəzərinizə çatdırır.

Belə ki, “Çixura” ev oyunlarında ağ-göy, səfər matçlarında isə qırmızı-ağ formadan istifadə edir.

Əsası 1936-cı ildə qoyulan “Çixura” ev oyunlarını 4.000 tamaşaçı tutumuna malik Saçxere şəhərində yerləşən “Mərkəzi” stadionunda keçirir.

Klubun prezidenti Nodar Meqreleşvili, baş məşqçisi isə Samson Pruidzedi.

78 yaşlı klub Umaqlesi Liqada (gürcü futbolunun yüksək divizionu) 2006/07 mövsümündə debüt edib. Lakin 12-ci yeri tutan “Çixura” nəticədə birinci dəstəyə yuvarlanıb. Bir neçə il orada keçirən komanda 2011/12 mövsümündə birinci divizionun qalibi olaraq, yenidən yüksək diviziona vəsiqə qazanıb.

“Çixura” Avrokuboklarda bu il debüt edib. Avropa Liqasının ilk təsnifat mərhələsində Makedoniyanın “Turnovo” (1:0, 3:1) komandasını məğlub edən Gürcüstan təmsilçisi, daha sonra qardaş Türkiyə klubu “Bursaspor”u çətinliklə olsa belə qalib gələ bilib – hər iki görüşdə hesab açılmasa da, “Çixura” penalti seriyasında qələbə qazanıb (4:1).    

“Çixura”nın UEFA-ya təqdim etdiyi sifraiş ərizəsində cəmi 2 legioner futbolçu yer alır. Bunlardan biri isveçrəli yarımmüdafiəçi Loqeyn MakTir, digəri isə rusiyalı hücumçu Denis Lukyanovdu.

Rəşad 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43